...

Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 28 Aprel 2025 12:49 (UTC +04:00)
Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

Trend xəbər verir ki, görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edildi.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti