...

Myanmada dağıdıcı zəlzələdən sonra 157 afterşok qeydə alınıb

Dünya xəbərləri Materials 28 Aprel 2025 14:28 (UTC +04:00)
Myanmada dağıdıcı zəlzələdən sonra 157 afterşok qeydə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmada martın 28-də baş vermiş dağıdıcı zəlzələdən sonra ümumilikdə 157 afterşok qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Meteorologiya və Hidrologiya Departamenti məlumat yayıb. Bildirilib ki, təkanlar 2,8-7,5 bal gücündə olub.

Aprelin 25-nə olan məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 3763 nəfərə çatıb, 5107 nəfər yaralanıb, 110 nəfər isə itkin düşüb.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8,2 bal gücündə qiymətləndirib. Təbii fəlakət Tailandı da vurub, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub.

Xəbər lenti

Xəbər lenti