...

Asiya İnkişaf Bankı 2020-2024-cü il layihələri üzrə Azərbaycan podratçılarının TOP-5-liyini açıqlayıb

İqtisadiyyat Materials 28 Aprel 2025 18:04 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 1 yanvar 2020-ci ildən –31 dekabr 2024-cü ilə qədər olan dövr ərzində AİB tərəfindən maliyyələşdirilən mallar, işlər və yardımçı xidmətlər üzrə müqavilələrdə iştirak edən Azərbaycanın beş aparıcı podratçısı və tədarükçüsünün göstərildiyi hesabatı dərc edib.

Trend xəbər verir ki, Azərbaycan şirkətləri ilə bağlanmış müqavilələrin ümumi məbləği qeyd olunan dövr ərzində 535.57 milyon ABŞ dolları təşkil edib.

Siyahıya ən iri məbləğdə müqavilələr bağlamış (nəqliyyat sektorunda 156.28 milyon ABŞ dollar həcmində) “Lankaran Yol Tikinti” OJSC şirkəti başçılıq edir. İkinci yerdə 39,19 milyon ABŞ dolları həcmində müqavilələr bağlamış “AS Inshaat-N LLC” şirkəti, üçüncü yerdə isə 37,26 milyon ABŞ dolları həcmində müqavilə qazanmış “Archico LLC” şirkəti gəlir. Hər iki şirkət su təchizatı və digər şəhər infrastrukturu və xidmətləri sahəsi üzrə aktiv fəaliyyət göstərir.

İlk beşliyə düşən digər şirkətlər isə 22,55 milyon ABŞ dolları məbləğində müqavilə imzalamış “Azerbaijan Research and Production Association” və 15,64 milyon ABŞ dolları məbləğində müqavilələr əldə etmiş “Hayat Group MMC” ilə “Bioworks Verfahrenstechnik GmbH”-nin birgə müəssisəsidir. Onlar da, su təchizatı və şəhər infrastrukturu sahəsində fəaliyyət göstərirlər.

Qalan 264,65 milyon ABŞ dolları isə müxtəlif AİB layihələrində iştirak edən digər Azərbaycan podratçıları və tədarükçüləri arasında bölüşdürülüb.

Qeyd edək ki, AİB 1999-cu ildən etibarən Azərbaycanla əməkdaşlıq edir və ölkənin iqtisadiyyatın şaxələndirilməsi, idarəetmənin yaxşılaşdırılması və inklüziv inkişafın stimullaşdırılması üzrə səylərini dəstəkləməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti