Bakı. Trend:
Yasamal rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
"Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən işlər görülür",- deyə əlavə edilib.