...

Milli Aviasiya Akademiyasının tələbələri XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 28 Aprel 2025 12:01 (UTC +04:00)
Milli Aviasiya Akademiyasının tələbələri XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində iştirak ediblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Aviasiya Akademiyasının (MAA) tələbələri Beynəlxalq Hava Hüququ üzrə XVI Layden-Sarin Məhkəmə Müsabiqəsində (“Leiden-Sarin İnternational Air Law Moot Court Competition”) iştirak ediblər.

Trend xəbər verir ki, 24-27 aprel tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən müsabiqədə MAA-nın “İqtisadiyyat və hüquq” fakültəsinin tələbələrindən ibarət komanda yarım final mərhələsinə qədər yüksəlib.

Onlar növbəti mərhələdə 15 ölkənin nüfuzlu komandaları ilə rəqabət aparacaqlar. Qeyd edək ki, Layden-Sarin Məhkəmə Müsabiqəsi 100-ə yaxın üzvü olan Beynəlxalq Aviasiya Təşkilatı (ICAO) çərçivəsində ən nüfuzlu hüquq müsabiqəsidir.

Milli Aviasiya Akademiyası hüququn digər sahələri ilə yanaşı, ölkəmiz üçün böyük əhəmiyyətə malik olan hava hüququ, kosmos hüququ, süni intellekt, robot hüququ, eləcə də rəqəmsal hüquq sahələri üzrə də peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirir.

Xəbər lenti

Xəbər lenti