Bakı. Trend:
ABŞ-nin Sənada aviazərbələri nəticəsində azı 8 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, üç yaşayış binası zərbələrə məruz qalıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralılar haqqında da məlumat daxil olub, lakin onların sayı dəqiqləşdirilməyib.