...

Əmək müqavilələrinin sayında artımın 90%-i özəl sektorun payına düşüb - Anar Əliyev

İqtisadiyyat Materials 28 Aprel 2025 11:11 (UTC +04:00)
Əmək müqavilələrinin sayında artımın 90%-i özəl sektorun payına düşüb - Anar Əliyev
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2018-2025-ci illər ərzində əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4% artıb və bu artımın 90%-i özəl sektorun payına düşüb.

Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən, qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb:

"Şəhid ailələri və müharibə əlillərinin sosial müadifəsi və məşğulluğu ilə bağlı tədbirlər gücləndirilib, Vətən müharibəsindən sonrakı dördə bu kateqoriyadan olan 131 min unikal şəxsə ümumilikdə 380 minə yaxın sosial xidmət göstərilib, Şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6 800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib".

"26,2 min nəfərin məşğulluğu təmin olunub, o cümlədən, 12,4 min nəfər özünüməşğulluq proqramına, 1 070 nəfər isə peşə hazırlığına cəlb edilib.

11 min nəfərə 77 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, o cümlədən, 492 hərbçiyə 609 yüksək texnologiyalı protez, 2 300 müharibə əlilinə 70 min reabilitasiya vasitəsi təqdim olunub, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti