Bakı. Trend:
Şükürlər olsun ki, 32 ildən sonra biz öz torpaqlarımıza - doğma Xocalıya qayıdırıq.
Bunu Trend-ə açıqlamasında Xocalı sakini Aftandil Səmədov deyib.
Onun sözlərinə görə, 33 yaşında tərk etdiyi Xocalıya ailəsi ilə qayıdır.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz yenidən Xocalını canlandırmaq, yenidən qurub yaşamaq istəyirik", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.