...

ABŞ Yəmənə aviazərbələr endirib - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 28 Aprel 2025 09:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hərbi hava qüvvələri Yəmənin Saada şəhərinin inzibati mərkəzinə aviazərbələr endirib.

Trend xəbər verir ki,bu barədə “Al Masirah” telekanalı husi üsyançıların “Ənsar Allah” hərəkatına istinadən məlumat yayıb.

Məlumata əsasən, hava bombardmanı, əsasən, Afrikadan olan miqrantların müvəqqəti təcrid edildiyi penitensiar mərkəzə tuş gəlib. İlkin hesablamalara görə, zərbələr nəticəsində onlarla ölən və yaralanan var.

Hazhırda mülki müdafiə qüvvələri aviazərbələrdən sonra ərazidə meydana gələn yanğını söndürməyə və zərərçəkən insanları xilas etməyə çalışır.

“Al-Mayadeen” yerli xəstəxanaların yaralılarla dolu olduğunu iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti