Bakı.Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “RoPax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 3 il ötür.
Trend bu barədə ASCO-ya istinadən xəbər verir.
Bildirilib ki, gəmi-bərəsi ilə istismara verildiyi 2022-ci ildən bu il aprelin 1-dək 17 908 yük avtomobili daşınıb.
“Bu müddət ərzində bu gəmi-bərə ilə 337 vaqon, 2 094 minik avtomobili və 16 970 sərnişin daşınıb”,-deyə qurumdan məlumat verilib.