Bakı. Trend:
Azərbaycan və İran "yaşıl" enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq edə bilərlər.
Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.
"Bizim "yaşıl" enerji istehsalı üçün uyğun olan Araz çayımız var. Orada bəndlər yaradılıb və bəziləri də hələ reallaşdırılır. Bu su bəndlərindən "yaşıl" enerji əldə etmək olar. Biz bu sahədə hər iki ölkə üçün qarşılıqlı faydalı əməkdaşlıq edə bilərik. Heç şübhəsiz ki, bu əməkdaşlıq günəş və külək enerjisi sahəsini də əhatə edə bilər. Bu da iki ölkə arasında müvafiq qurumların əməkdaşlığı çərçivəsində inkişaf edə bilər", - M.Pezeşkian bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.