...

Qəzzaya humanitar yardım bərpa oluna bilər

Dünya xəbərləri Materials 28 Aprel 2025 10:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hökuməti Qəzza zolağına humanitar yardım tədarükünün bərpası məsələsini müzakirə edir.

Trend xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) yazır.

Qəzetin yazdığına görə, humanitar yardımın bərbası bir neçə həftə ərzində həllini tapa bilər.

Ötən həftə BMT-nin Ümumdünya Ərzaq Təşkilatı Qəzzada ərzaq ehtiyatlarının tükəndiyini bildirərək, anklavda yaşanan humanitar böhranla bağlı həyəcan təbili çalmışdı.

Sərhəd-buraxılış məntəqələrin bağlı olduğundan humanitar yardım və kommersiya məqsədli yüklər artıq yeddi həftədən çoxdur ki, Qəzzaya daxil olmur.

"İsrail rəsmiləri bildirirlər ki, Qəzza sektoruna yardımın yenidən çatdırılması bir neçə həftənin məsələsidir. Hazırda rəsmilər yardım tədarükünün bərpasının ən səmərəli yollarını müzakirə edirlər," – deyə məqalədə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti