Bakı. Trend:
Türkiyənin qərbində yerləşən Kütahya şəhərində ard-arda zəlzələlər baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, ilk zəlzələ bu gecə yerli vaxtla 02.45, növbəti isə bir neçə saatdan sonra 07:21-də baş verib və hər iki yeraltı təkan 3.9 bal gücündə olub.
Episentri Kütahyanın Simav rayonu olan zəlzələnin yeraltı ocağı 11.82 kilometr dərinlikdə yerləşib.
Seysmoloji hadisə ilə əlaqədar hər hansı itki və ya dağıntı baş verməyib.