Bakı. Trend:
Dünya çempionatına hazırlaşan Azərbaycanın minifutbol millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirdə bütün rəqiblərini məğlub edərək birinci yeri tutub.
Trend xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının iştirak etdiyi yarışda komandamız qələbə seriyası ilə baş mükafata sahib çıxıb.
Milli komandamızın üzvü Təmkin Xəlilzadə turnirin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanıb. Aprelin 30-da start götürəcək yarışda Azərbaycanla yanaşı Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan komandaları da mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.