...

İran və ABŞ arasında dolayı müzakirələr davam edir – XİN

Dünya xəbərləri Materials 26 Aprel 2025 16:30 (UTC +04:00)
İran və ABŞ arasında dolayı müzakirələr davam edir – XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı müzakirələr ciddi şəkildə davam edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər (İran və ABŞ) İranın nüvə proqramının dinc məqsədli olmasına dair etimadın yaradılması və sanksiyaların effektiv olması haqda öz fikirlərini bölüşürlər.

Bəqai bildirib ki, nüvə enerjisindən dinc məqsədli istifadə etməsi üçün İranın haqqının qorunması məsələsi Omanın vasitəçiliyi ilə mübadilə olunur.

Qeyd edək ki, bu gün İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı müzakirələrin 3-cü raundu Omanın vasitəçiliyi ilə Omanda keçirilir.

Xatırladaq ki, 19 apreldə İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasında danışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib. Danışıqların 3-cü turu bu gün Məsqətdə keçirilir

Əlavə edək ki, 12 apreldə Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti