Bakı. Trend:
Fransalı müdafiəçi Jül Kunde “Barselona” ilə yeni müqavilə imzalayacağını açıqlayıb.
Trend-in məlumatına görə, müqavilənin 2030-cu ilə qədər uzadılması üçün danışıqlar artıq başa çatıb.
“Müqavilənin uzadılması üçün hər şey hazırdır. Danışıqlar sürətli və müsbət keçdi. Klubla əməkdaşlığı davam etdirmək istəyimiz qarşılıqlıdır. Getmək fikrim olmayıb”, – deyə futbolçu bildirib.
Qeyd edək ki, Kundenin “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.