...

Azərbaycanda xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilib

Siyasət Materials 31 İyul 2025 13:17 (UTC +04:00)
Azərbaycanda xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti