...

SOCAR neft ixracını artırıb

Energetika Materials 31 İyul 2025 15:20 (UTC +04:00)
SOCAR neft ixracını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq (2,6 min ton və ya 0,06%), təxminən 4,2 milyon ton təşkil edib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6% artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti