...

“Microsoft” bütün istifadəçilərin parollarını söndürəcək

Dünya xəbərləri Materials 31 İyul 2025 14:04 (UTC +04:00)
“Microsoft” bütün istifadəçilərin parollarını söndürəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” koporasiyası avqustun 1-də “Authenticator” xidmətinin parol dəstəyini deaktivləşdirəcəyini bildirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

"Microsoft" istifadəçilərinin özəl "Authenticator" tətbiqində saxlaya bildikləri parollar 1 avqustdan etibarən hərflərdən, simvollardan və rəqəmlərdən ibarət giriş açarları (passkey) ilə əvəz ediləcək.

Bundan əlavə, istifadəçilərə parol əvəzinə PIN-kod, qrafik açar və ya biometrik giriş barmaq izi və ya üz skaneri vasitəsilə daxilolma təklif olunacaq.

Avqustun 1-dən etibarən istifadəçilərin əvvəlcədən saxlanmış parolları silinəcək və onların hamısına hesablarına daxil olmaq üçün yeni üsul quraşdırmaq təklif olunacaq.

İyun ayında “Microsoft” artıq “Authenticator” tətbiqinə yeni parol əlavə etməyi qadağan etmişdi. Bununla belə, internet hesablarına giriş üçün istifadə olunan parollar hələlik “Edg”e brauzerində qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti