...

Türkiyənin qərbində ard-arda 4 zəlzələ olub

Dünya xəbərləri Materials 1 Avqust 2025 09:22 (UTC +04:00)
Türkiyənin qərbində ard-arda 4 zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin qərbində ardıcıl zəlzələlər olub.

Trend bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunmas Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanların episentri Kütahya vilayətinin Simav rayonu olub. Dörd orta güclü zəlzələnin 5 dəqiqəlik intervallarla baş verdiyi və Simavda qısa müddətli təşvişə səbəb olduğu bildirilir.

Zəlzələlərin vaxtı və gücü aşağıdakı ardıcıllıqla olub:

07.15 - 3,4 bal

07.16 - 3,8 bal

07.17 - 3,8 bal

07.20 - 3 bal.

Zərərçəkənlərin və dağıntıların qeydə alınmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti