...

SOCAR-ın "Gənc İstedadlar Proqramı"nın iştirakçıları üçün “yumşaq bacarıqlar” üzrə təlimlər keçirilir (FOTO)

Cəmiyyət Materials 31 İyul 2025 15:40 (UTC +04:00)
SOCAR-ın "Gənc İstedadlar Proqramı"nın iştirakçıları üçün “yumşaq bacarıqlar” üzrə təlimlər keçirilir (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR-ın “Gənc İstedadlar Proqramı” çərçivəsində iştirakçılar üçün “yumşaq bacarıqlar”ın inkişaf etdirilməsi istiqamətində müxtəlif mövzularda interaktiv təlimlər təşkil edilir.

SOCAR-dan Trend-ə bildirilib ki, proqram çərçivəsində peşəkar mütəxəssislər tərəfindən “Vaxtın idarə olunması”, “Emosional zəka”, “Konfliktlərin idarə olunması”, “Effektiv komanda işi”, “Dəyişikliklərin idarə edilməsi” və digər mövzularda interaktiv təlimlər keçirilib.

Bu təlimlər proqram müddətində qazanılan texniki biliklərə əlavə olaraq, iştirakçıların davranış səriştəliklərinin, o cümlədən fərdi və peşəkar inkişafını hədəfləyir.

Təlimlər zamanı iştirakçılar müxtəlif növ simulyasiyalar, qrup fəaliyyəti vasitəsilə interaktiv öyrənmə mühitində yeni bacarıqlar əldə edir, təcrübələrini daha da zənginləşdirir, əməkdaşlıq, liderlik, qərarvermə bacarıqlarını inkişaf etdirmək şansı əldə edirlər.

Bütün bunlar iştirakçıların korporativ mədəniyyətə inteqrasiyasını sürətləndirməyə xidmət edir.

Xəbər lenti

Xəbər lenti