...

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarlayıb

İqtisadiyyat Materials 1 Avqust 2025 10:58 (UTC +04:00)
Hesablama Palatası bu qurumda nöqsanlar aşkarlayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Bildirilib ki, iclasda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və digər əmlakın istifadə olunmasının auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.

Müzakirələrin yekununda auditor hesabatı təsdiqlənib və aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Kollegiya iclasında həmçinin nəzarət tədbirinin başlanılması ilə bağlı proqram da müzakirə olunaraq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti