Bakı. Trend:
Pakistanın ən iri neft emalı şirkəti olan “Cnergyico”oktyabr ayında ABŞ-dan West Texas Intermediate (WTI) markal 1 milyon barrel neft idxal edəcək.
Trend bu barədə ABŞ KİV-lərinə istinadən xəbər verir.
“Cnergyico” şirkətinin direktorunun müavini Usama Qureyşi “Reuters” agentliyinə açıqlamasında partiyanın artın “Vitol” adlı xammal treyderindən alındığını bildirib.
“Bu, "Vitol"la uzunmüddətli sövdələşməmizin sınaq partiyasıdır. Əgər o kommersiya baxımından faydalı və əlverişli olarsa, ay ərzində azından bir partiya idxal edəcəyik”, - deyə o bildirib.