...

Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı

İdman Materials 1 Avqust 2025 17:14 (UTC +04:00)
Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Trend xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFS (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR, digər referimiz İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti