...

PUA Akademiyasının növbəti buraxılış mərasimi keçirilib

Cəmiyyət Materials 1 Avqust 2025 16:26 (UTC +04:00)
PUA Akademiyasının növbəti buraxılış mərasimi keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin Pilotsuz Uçuş Aparatları (PUA) Akademiyasında PUA mütəxəssislərinin hazırlığı kursunun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edən polkovnik Mobil Ovçiyev məzunları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti