...

2018–2025-ci illərdə beşdən çox uşağı olan qadınlara aylıq müavinət 4 dəfədən çox artıb

Cəmiyyət Materials 1 Avqust 2025 14:59 (UTC +04:00)
2018–2025-ci illərdə beşdən çox uşağı olan qadınlara aylıq müavinət 4 dəfədən çox artıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin qeyd edilən dövrdə ailə başçısını itirməyə görə aylıq müavinət 2,5 dəfə artırılaraq 55 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinət 2,8 dəfə artırılaraq 50 manatdan 140 manata çatdırılıb.

"1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdə də ciddi artım özünü göstərib. 2018-ci illə müqayisədə bu müavinət 45 manatdan 140 manata çatdırılmaqla, 3,1 dəfə artırılıb",- deyə nazirlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti