...

Ötən ay 7 058,9 hektar ərazi minalardan təmizlənib - HESABAT

Gündəm Materials 1 Avqust 2025 14:16 (UTC +04:00)
Ötən ay 7 058,9 hektar ərazi minalardan təmizlənib - HESABAT
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azad olunan ərazilərdə iyul ayı ərzində 57 tank əleyhinə mina, 265 piyada əleyhinə mina, 2007 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Həmçinin, 7 058,9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti