...

53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkar olunub

Cəmiyyət Materials 1 Avqust 2025 13:18 (UTC +04:00)
53 nəfərin tanınma üçün saxta diplom təqdim etdiyi aşkar olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

2024-cü ilin aprel ayından 2025-ci ilin aprel ayına qədər 53 nəfər şəxsin tanınma üçün saxta diplom təqdim etdiyi, həmçinin kvalifikasiyasının tanınması barədə imtina qərarı verilmiş 12 nəfər şəxsin müxtəlif yollarla saxta tanınma şəhadətnaməsi əldə etmələri tərəfimizdən aşkar olunub.

Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Agentliyin Nizamnaməsinə əsasən, öz fəaliyyəti ilə əlaqədar sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək qurumun vəzifələri arasında təsbit olunduğundan, aşkarlanmış saxta diplomlar, eləcə də şəhadətnamələrlə bağlı məlumatlar mütəmadi olaraq ümumiləşdirilərək qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti