...

Tramp Kanadaya rüsumları 25%-dən 35%-ə qədər qaldırıb

Dünya xəbərləri Materials 1 Avqust 2025 08:40 (UTC +04:00)
Tramp Kanadaya rüsumları 25%-dən 35%-ə qədər qaldırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kanadaya rüsumların 25%-dən 35%-ə qədər qaldırılması haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

"Bu gün Prezident Donald Tramp Kanada gömrük rüsumunu 25%-dən 35%-ə qaldıran fərman imzalayıb və daha yüksək rüsum 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək", - deyə prezidenti adminisrasiya qeyd edib.

Qeyd edilib ki, Trampın addımları Kanadanın “davamlı fentanil axınının qarşısını almaqda əməkdaşlıqdan” imtina etməsinə, eləcə də “prezidentin bu qeyri-adi və fövqəladə təhlükəni aradan qaldırmaq üçün atdığı addımlara görə” ABŞ-yə qarşı cavab tədbirləri görməsinə cavab olub.

Bəyanatda vurğulanıb ki, ABŞ, Meksika və Kanada arasında imzalana müqavilə (USMCA) çərçivəsində güzəştli rüsum rejiminə uyğun mallar yeni rüsumlardan azaddır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti