...

Bərdədə 15 yaşlı oğlan gölməçədə çimərkən boğulub

Gündəm Materials 1 Avqust 2025 09:56 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə 15 yaşlı oğlan gölməçədə çimərkən suda boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə iyulun 31-də saat 15 radələrində baş verib.

Belə ki, 26.12.2009-cu il təvəllüdlü Nihad Rüstəmov Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti