Bakı. Trend:
Cari ilin iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu portfelinin 27,7 faizini və ya 1.4 milyard ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, hesabat tarixinə avrobondların 310,7 milyon dollarının ödəniş müddəti 2029-cu ilə qədər, 1 milyard 76,6 milyon dolarının isə ödəniş müddəti 2032-ci ilə qədər olub.
Avrobondlar üzrə kupon ödənişləri isə müvafiq olaraq 5,125 % və 3,5 % təşkil edib.