Yüksək gərginlikli elektrik xətlərinin altındakı torpaqların dəyərləndirilməsinə başlanılır

İqtisadiyyat Materials 31 İyul 2025 22:42 (UTC +04:00)
Yüksək gərginlikli elektrik xətlərinin altındakı torpaqların dəyərləndirilməsinə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yüksək gərginlikli elektrik ötürücü xətlərin altına düşən torpaq sahələrinin dəyərləndirilməsi işlərinə start verilir.

Trend xəbər verir ki, həmin torpaq sahələrinin dəyərləndirilməsi ilə yanaşı, mütəxəssis rəyinin və AZURE layihəsi üçün müəyyən hesabatların hazırlanması işləri də həyata keçiriləcək.

Məlumata əsasən, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı müvafiq işlərə yekun vurub.

Belə ki, ASC sözügedən işlərin icrasını "Real Prays" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 359,9 min manat ödənilib.

Sözügedən işlərin həvalə olunduğu "Real Prays" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Nəsirov Ehtibar Haxverdi oğludur.

Əlavə edək ki, cari ilin martında mediada yüksək gərginlikli elektrikötürücü xətlərin altına düşən torpaq sahələrinin dəyərləndiriləcəyi ilə bağlı ilkin məlumatlara rast gəlinirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti