...

Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi

İdman Materials 1 Avqust 2025 22:24 (UTC +04:00)
Millimizin Çexiya ilə oyununun yeri və vaxtı bilindi

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə keçirəcəyi səfər oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Trend xəbər verir ki, B qrupunun 3-cü turu çərçivəsində oktyabrın 10-da Karvina şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, U-21 seçmə mərhələnin ilk iki turu çərçivəsində sentyabrın 5-də Barselos şəhər stadionunda Portuqaliya yığması ilə, sentyabrın 9-da isə “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti