Bakı. Trend:
Türkiyədə özəl şirkətə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Trend xəbər verir ki, hadisə Adana şəhərində qeydə alınıb.
Hadisə nəticəsində pilot və ekipajın daha bir üzvü ağır yaralanıb.
Qəzanın səbəbi məlum deyil. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.