Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzzada humanitar böhran və aclıq bitən kimi İsraillə atəşkəs danışıqlarını bərpa etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə "HƏMAS"ın Telegram kanalında bildirilib.
"Hərəkat yardım ehtiyacı olanlara çatdıqdan və Qəzzada humanitar böhran və aclıq bitdikdən sonra dərhal danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyir", - deyə mətndə qeyd olunur.
HƏMAS hesab edir ki, “Qəzza zolağında aclıq hökm sürərkən danışıqların davam etdirilməsi onları mənasız edir”.