...

Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 1 Avqust 2025 10:45 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 avqust saat 08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti