...

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək - FƏRMAN

Siyasət Materials 1 Avqust 2025 13:10 (UTC +04:00)
Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək - FƏRMAN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti