Bakı. Trend:
“Araz-Naxçıvan” ilə Yunanıstanın “Aris” komandası arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşü keçirilib.
Trend-in məlumatına görə, Salonikidə baş tutan qarşılaşmada Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv üstün oyun sərgiləyib. İlk görüşdə Bakıda 2:1 hesabı ilə qalib gələn komandamız cavab oyununda bu üstünlüyü qorumağa çalışıb.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Beləliklə, "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.