...

Husilər İsrailə ballistik raketlə hücum edib

Dünya xəbərləri Materials 2 Avqust 2025 00:44 (UTC +04:00)

Bakı. Trend:

Yəmənin “Ənsər-Allah” hərəkatından olan husi döyüşçüləri hipersəs ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben-Qurion hava limanına hücum edib.

Trend xəbər verir ki, bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.

"Raket qüvvələrimiz Fələstin-2 tipli hipersəs ballistik raketdən istifadə edərək Ben-Quriona hücum edərək unikal hərbi əməliyyat həyata keçirib", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti