...

"Zirə" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

İdman Materials 1 Avqust 2025 01:48 (UTC +04:00)
"Zirə" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Bakı. Trend:

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gəlib.

Trend-in məlumatına görə, təmsilçimiz mərhələni keçmək məqsədində idi.

Bakıda baş tutan ilk oyunda olduğu kimi, cavab matçında da bərabərlik qeydə alınıb. "Zirə" güclü rəqib qarşısında son dəqiqələrdə – 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən yayına bilib. Lakin komandamız 77-ci dəqiqədən etibarən azlıqda qaldığı üçün əlavə vaxtda üstünlük əldə etməkdə çətinlik çəkib. Nəticədə, "Hayduk" əlavə vaxtda vurduğu qolla mərhələni keçən tərəf olub.

Beləliklə, "Zirə" turnirdə mübarizəni erkən başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti