Bakı.Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 10.8 milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,3 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, dövlət zəmanətinin 9.1 milyard manatı (5.4 milyard ABŞ dolları) və ya 84,2 faizi xarici kreditlərin, 1.7 milyard manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.
Hesabat dövrünə Azərbaycanın dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları – 62,8 faiz, avro – 18,9 faiz, manat – 12,4 faiz, yapon yeni – 4,0 faiz, digər valyutalar – 1,9 faiz.