...

Almaniya BMT-nin xətti ilə Qəzzaya 5 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 1 Avqust 2025 15:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Ümumdünya Ərzaq Proqramının Qəzza zolağındakı nümayəndəliyinə dəstək məqsədilə əlavə 5 milyon avro ayıracaq.

Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful elan edib.

“Biz Qəzza zolağında Dünya Ərzaq Proqramını dəstəkləmək üçün əlavə 5 milyon avro ayıracağıq. Bu, o cümlədən, çörəkbişirmə sexləri və ictimai iaşə məntəqələrinin fəaliyyətinə dəstək verəcək ki, ortamüddətli perspektivdə Qəzza sakinləri çörək və isti yeməklə təmin olunsunlar”, – deyə nazir bildirib.

O, Qəzza zolağındakı humanitar fəlakətin dərhal dayandırılmalı olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti