Bakı. Trend:
Suraxanı rayonunda moped idarəetmədən çıxaraq avtomobillə toqquşub.
Trend-in məlumatına görə, hadisə iyulun 30-da saat 12 radələrində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Toğrul İbrahimli idarə etdiyi “Tufan M50” markalı, qeydiyyat nişanı olmayan mopedlə hava limanı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək Zığ şossesi 17 kilometrdə hərəkətsiz dayanan 1987-ci il təvəllüdlü Ələkbər Quliyevin idarə etdiyi “FORD” markalı 99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.