Xaricdən ən çox borc alan dövlət qurumları hansılardır? - CƏDVƏL

İqtisadiyyat Materials 1 Avqust 2025 11:04 (UTC +04:00)
Xaricdən ən çox borc alan dövlət qurumları hansılardır? - CƏDVƏL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1 iyul tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5.010 milyard ABŞ dolları və ya 2025-ci il üzrə 130.7 milyard manat (76.9 milyard ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövrünə Azərbaycanın xarici dövlət borcu portfelinin 41,9 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 58,1 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Aşağıdakı cədvəldə 1 iyul 2025-ci il tarixinə dövlət qurumlarının cəlb etdiyi xarici borcun məbləğləri verilib:

Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü

1 iyul 2025-ci il tarixinə

(milyon vahid)

ABŞ dolları

AZN

CƏMİ

5.010,7

8.518,2

Maliyyə Nazirliyi

2.097,2

3.565,2

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

918,0

1.560,6

“Azərbaycan Dəmir Yolları” QSC

748,3

1.272,1

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

671,3

1.141,2

NMR Dövlət Su Ehtiyatları Agentliyi

192,0

326,4

Kənd Təsərrüfatı Nazirliyi

122,5

208,3

Digər

261,4

444,4

Məqalədə:

Xəbər lenti

Xəbər lenti