...

Pyer-Emerik Obameyanq yenidən "Marsel"də çıxış edəcək

İdman Materials 1 Avqust 2025 05:32 (UTC +04:00)
Pyer-Emerik Obameyanq yenidən "Marsel"də çıxış edəcək

Bakı. Trend:

Pyer-Emerik Obameyanq karyerasını yenidən "Marsel"də davam etdirəcək.

Trend-in məlumatına görə, Qabon millisinin təcrübəli hücumçusu Fransa klubu ilə iki illik müqaviləyə imza atıb.

Son mövsümü Səudiyyə Ərəbistanında keçirən Obameyanq, "Əl-Qadisiya"nın heyətində 32 matçda meydana çıxaraq 17 qolla və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Qeyd edək ki, 36 yaşlı forvard 2023/2024 mövsümündə də "Marsel"in formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti