...

Birinci vitse-prezident Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib (FOTO)

Siyasət Materials 1 Avqust 2025 10:25 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Xəbər lenti

Xəbər lenti