...

Hindistan ABŞ-nin "F-35" qırıcılarını almaqdan imtina edib

Dünya xəbərləri Materials 1 Avqust 2025 12:21 (UTC +04:00)
Hindistan ABŞ-nin "F-35" qırıcılarını almaqdan imtina edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan ABŞ-dən “F-35” qırıcılarını almaqdan imtina edib.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” öz məlumatlı mənbələrinə istinadən informasiya yayıb.

Məlumata görə, qıcıların tədarükü üzrə sövdələşmə Vaşinqtonla Dehli arasında yeni ticarət sazişinin bağlanması üçün əsas şərtlərdən biri olub.

Xatırladaq ki, ötən gün Amerika Birləşmiş Ştatları hökuməti Hindistandan ölkəyə idxal olunan məhsullara 25 faizlik gömrük rüsumunun tətbiq olunacağını elan edib. Yeni tarif avqustun 1-dən etibarən qüvvəyə minəcək.

Bundan əvvəl “Military Watch Magazine” Hindistanın Amerikanın beşinci nəsil“F-35” qırıcıları əvəzinə Rusiyadan “Su-57” hərbi təyyarələrini ala biləcəyini yazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti