Bakı.Trend:
"Kəpəz" futbolçusu İlkin Qırtımovla yollarını ayırıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Xatırladaq ki, ötən mövsüm Gəncə təmsilçisinə qoşulan İlkin Qırtımov 17 çempionat matçında meydana çıxıb.