...

Moldovada şəhid övladları üçün “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi keçirilir (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2025 10:53 (UTC +04:00)
Moldovada şəhid övladları üçün “Qardaşlaşmış Qarabağ Məktəbləri” Yay Düşərgəsi keçirilir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

29 iyul – 4 avqust tarixlərində Moldovanın paytaxtı Kişineu şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Qardaşlaşmış Qarabağ Məktəbləri” VI Yay Düşərgəsi keçirilir.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan düşərgənin təşkilatlçıları “CAM” Azərbaycan Moldova Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Moldova Azərbaycanlıları Konqresi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzidir.

Tədbirdə Azərbaycandan olan şəhid övladları ilə yanaşı, Moldovada yaşayan azərbaycanlı ailələrin uşaqları da iştirak edir.

Proqram çərçivəsində iştirakçılar müxtəlif sahələr üzrə peşəkar təlimlərə qatılacaq, tanışlıq və qrup fəaliyyətləri vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, onlar Moldovanın tarixi, mədəni və turistik məkanlarını ziyarət etmək imkanı qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti