...

Azad edilmiş ərazilərdə 500 MVt-lıq hidroenerji potensialı mövcuddur - Cavid Abdullayev

Yaşıl iqtisadiyyat Materials 1 Avqust 2025 09:09 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 500 MVt-lıq hidroenerji potensialı mövcuddur - Cavid Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində 500 MVt-lıq hidroenerji potensialı mövcuddur.

Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.

C. Abdullayev Azərbaycanın azad edilmiş ərazilərdinə “yaşıl enerji” potensialından və bu çərçivədə həyata keçirilən layihələrdən bəhs edib: “İşğaldan azad olunmuş ərazilərimiz, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Qarabağ və Şərqi Zəngəzurla bağlı artıq konsepsiya və tədbirlər planı masa üzərindədir, təsdiqlənib və biz artıq onların icrasından danışa bilirik. Ümumiyyətlə, Azərbaycan COP29 prezidentliyi çərçivəsində “yaşıl zona”larla bağlı bir təşəbbüs irəli sürüb və dünyanın bir çox ölkələri həmin təşəbbüsü dəstəkləyiblər. Biz bu təşəbbüsün önündə gedən ölkə kimi qəbul olunuruq. “Yaşıl enerji” zonasının başlıca göstəricisi adı çəkilən ərazilərdə istehlak olunan hər bir kilovat-saat (kVt/saat) elektrik enerjisinin yaşıl mənbələrdən alınması anlamına gəlir.

İşğaldan azad olunmuş ərazilərdə bunun üçün yetəri qədər potensial var. Hədəf ondan ibarətdir ki, həmin ərzilərimizdə təxminən 500 meqavat hidroenerji potensialından istifadə olunsun. Çünki orada kifayət qədər dağ çayları var ki, bu da hidroenerji imkanlarını artırır. Eyni zamanda “Xudafərin”, “Qız Qalası” su elektrik stansiyalarının (SES) bizə aid olan hissəsinin verdiyi elektrik enerjisini də bunun üzərinə gəlsək, artıq biz hidropotensialın kifayət qədər böyük olduğunu və tam şəkildə istifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyinin şahidi ola bilərik”.

Direktorun sözlərinə görə, Azərbaycanın günəş enerjisi potensialı, əsasən, Cəbrayıl və Zəngilan, külək enerjisi isə Kəlbəcər-Laçın zonasında cəmlənib: “Oradan əldə olunan bərpa olunan enerjisinin həcmi kifayət qədər böyük həcmdə dəyərləndirilir. Sadəcə olaraq ona uyğun ötürücü şəbəkənin imkanları gərək mövcud olsun ki, stansiya tikildikdən sonra onun istehsal etdiyi elektrik enerjisi ötürülə bilinsin. Çünki sözügedən ərazilərimizdəki enerji potensialı o zonanın özünün tələbatını dəfələrlə aşacaq. Orada əldə ediləcək enerji ümumi Azərbaycan şəbəkəsinə ötürülməlidir. Azərbaycan şəbəkəsində də başqa stansiyalar olduğu üçün böyük ehtimalla onlar artıq ixraca yönəlik vəziyyətə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti